"Sportinq"in kapitanı Morten Yulmann karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Xəbərə görə, MY Karlos Balebanın transferi ilə bağlı "Brayton"u yola gətirə bilməsə, məhz 26 yaşlı danimarkalının keçidini reallaşdırmağa çalışacaq. Mənbə Mançester təmsilçisinin skautlarının Morteni izlədiklərini də diqqətə çatdırıb.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 47 matça çıxan Yulmann 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Sportinq"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı dayaq yarımmüdafiəçisinin transfer qiymətini 26 milyon avro ilə dəyərləndirir.
Nihat