BAKI, TurkicWorld
Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə ilk dəfə köç həyata keçirilir.
TurkicWorld-in Qarabağ bürosunun xəbərinə görə, sabah Ağdərə rayonunun Kolatağ və Vəngli kəndinə cəmi 48 ailə ailə olmaqla 172 nəfər köçürülür.
Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Qayıdış proqramına uyğun olaraq,Kolatağ kəndinə, 26 ailə 89 nəfər köçürülür ki, Ağdam rayonundan 6 ailə 24 nəfər, Bakı şəhərindən 5 ailə 16 nəfər, Bərdə rayonundan 5 ailə 16 nəfər, Ağcabədi rayonundan 3 ailə 13 nəfər, Sumqayıt şəhərindən 2 ailə 6 nəfər, Tərtər rayonundan 2 ailə 4 nəfər, Oğuz rayonundan 1 ailə 4 nəfər, Göygöl rayonundan 1 ailə 3 nəfər, Qəbələ rayonundan 1 ailə 3 nəfər köçürülür.
Ağdərə rayonunun Vəngli kəndinə isə cəmi 22 ailə olmaqla 83 nəfər köçürüləcək. Köçürülən ailələr Kürdəmir rayonundan 12 ailə 43 nəfər, Bərdə rayonundan 3 ailə 12 nəfər, Qax rayonundan 2 ailə 9 nəfər,Füzuli rayonundan 1 ailə 6 nəfər, Sumqayıt şəhərindən 1 ailə 5 nəfər, Oğuz rayonundan 1 ailə 4 nəfər, Ağdam rayonundan 1 ailə 3 nəfər, Bakı şəhərindən 1 ailə olmaqla 1 nəfər sabah Vəngli kəndinə köç edir.
Köçürüləcək ailələr hər biri məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və aidiyyəti RİH-lərin nümayəndələri tərəfindən yola salınıb və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər;
Həyata keçirilən köç mərhələsi də nəzərə alınmaqla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə cəmi 407 ailə 1420 nəfər köçürülüb.