AZ

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb- FOTO - YENİLƏNİB

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.

***

13.45

Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülür.

Qeyd edək ki, bu gün Ağdərənin Kolatağ kəndinə də ilk köç karvanı yola salınıb.

İlk İlk İlk İlk İlk İlk
Seçilən
22
5
apa.az

10Mənbələr