Olaylar.az xəbər verir ki, bu fikri TASS-a Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin birinci sədri Viktor Vodolatskiy bildirib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan Bakı və İrəvan arasında sülhün təmin olunması və iki Qafqaz respublikası arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı birgə deklarasiya imzalayıblar. Bu nəqliyyat dəhlizi "Trampın beynəlxalq sülh və tərəqqi marşrutu" adını alacaq. Ermənistan ABŞ-yə bu dəhlizin 99 il müddətinə idarə olunması hüququnu verib.
Vodolatskiy qeyd edib ki, Zəngəzur dəhlizinin idarə olunması məsələsi həmçinin Rusiya və ABŞ prezidentlərinin ikitərəfli görüşündə müzakirə olunacaq.