EN

“İran parçalanıb, Rusiya bataqlıqda” – Politoloqdan SƏRT PROQNOZ

Zəngəzur dəhlizi məsələsi Cənubi Qafqazda güclərin qarşıdurma xəttinə çevrilib. Layihə təkcə regional əhəmiyyət daşımır, həm də ABŞ, Rusiya və İran kimi əsas oyunçuların maraqlarının toqquşma nöqtəsidir. Lakin mövcud geosiyasi vəziyyət göstərir ki, nə İran, nə də Rusiya bu prosesdə ABŞ-a qarşı real maneə yarada biləcək gücdə deyil. İranda daxili siyasi parçalanma, Rusiyada isə Ukrayna müharibəsinin yaratdığı dərin böhran onların təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Siyasi analitik Samir Hümbətov Editor.az-a açıqlamasında bildirib ki, nə İran, nə də Rusiya ABŞ-ın Zəngəzur siyasətinə, xüsusilə də Cənubi Qafqaz strategiyasına qarşı duracaq gücə malik deyil:

“İranın gücü və mövqeyi bəllidir. Ölkə daxilində ciddi siyasi parçalanma mövcuddur. Xamneinin köməkçisi Ələkbər Vilayətinin, ardınca isə Prezident Məsud Pezeşkianın açıqlamaları bu parçalanmanın açıq göstəricisidir.

İran özünü bölgədə hegemon kimi təqdim etməyə çalışsa da, 12 günlük İran–İsrail müharibəsi vəziyyətin əslində necə olduğunu göstərdi. Həmin prosesdə İranın ciddi zərbə almasının qarşısını, faktiki olaraq, ABŞ və İsrailin qarşılıqlı manevrləri ilə alındı. Bu səbəbdən bu gün İranın region proseslərinə həlledici təsir göstərməsi və Zəngəzur dəhlizini dayandırması real görünmür.

Rusiya tərəfinə gəldikdə isə, rəsmi səviyyədə Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi açıqlamalar hələlik verilməyib. Mövzu daha çox media və ekspert rəylərində yer alır. Lakin Rusiyanın hazırkı geosiyasi durumu, Ukrayna müharibəsindəki çıxılmaz vəziyyət və “bataqlıqdan çıxmaq” cəhdləri onun ABŞ-la bu məsələdə qarşıdurmaya getməsini inandırıcı etmir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources