EN

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862 kiloqramqızıl istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü iləmüqayisədə 614,5 kiloqram və ya 49,2% artıb. Ötən ilin ilk yeddiayında Azərbaycanda 1 248 kiloqram qızıl istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin avqust ayının birinə ölkədə hazır qızılehtiyatının miqdarı 167,5 kiloqram olub.

Eyni zamanda, bu ilin yanvar-iyul aylarında ölkədə 2 533 kqgümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəkigöstərici ilə müqayisədə 626,7 kq və ya 32,9% artım deməkdir.

Bu ilin avqust ayının birinə ölkədə hazır gümüş ehtiyatınınmiqdarı 577,3 kiloqram olub.

Məqalədə:
Chosen
30
50
az.trend.az

10Sources