AZ

Qızıl və gümüş istehsalı artıb

Cari ilin yanvar – iyul aylarında Azərbaycanda 1862 kiloqram qızıl istehsal edilib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 614,5 kiloqram və ya 49,2 faiz artım deməkdir. Xatırladaq ki, ötən ilin 7 ayında ölkədə 1248 kiloqram qızıl istehsal olunmuşdu. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyul aylarının sosial-iqtisadi inkişafına dair hesabatında yer alıb.

Komitənin məlumatına əsasən, bu ilin avqust ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 167,5 kiloqram olub. Bununla yanaşı, ötən 7 ayda ölkədə 2533 kiloqram gümüş istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 626,7 kqiloqram və ya 32,9 faiz çoxdur. Avqust ayının 1-nə ölkədə hazır gümüş ehtiyatının miqdarı isə 577,3 kiloqram təşkil edib.

 

Seçilən
5
7
xalqqazeti.az

2Mənbələr