EN

“Real”ın yeni ulduzu hər kəsi təəccübləndirdi: Messini seçdi

“River Pleyt”dən “Real”a keçən vinger Franko Mastantuono maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, 18 yaşlı ulduz dünyanın ən yaxşı futbolçusu kimi “Barselona” əfsanəsi Lionel Messini gördüyünü etiraf edib:

“Mənə “Real”ın bir neçə oyunçusunun yolunu izləmək maraqlı idi. Alfredo Di Stefanonu izləmək imkanım olmayıb, amma Di Mariya və İquayinin oyunlarını gördüm. Onları çox izləmişəm.

Dünyanın ən yaxşı futbolçusu? Mənim üçün bu, Messidir. Mən argentinalıyam və mənim üçün o, ən yaxşıdır”.

Chosen
38
publika.az

1Sources