Lənkəranda çay fabriklərindən birində istehsalat qəzası nəticəsində xəsarət alan işçinin vəziyyəti orta ağırdır...
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəsaərt alan şəxs dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nayihənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
***
Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.
“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info