AZ

Lənkəranda çay fabrikində lift qırılıb: Bir nəfər ağır xəsarət alıb

Lənkəran rayonunda çay fabrikində bədbəxt hadisə baş verib.

 

Hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən çay fabrikində qeydə alınıb.

 

Belə ki, ilkin məlumata görə, rayonun Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Məmmədov liftin qırılması nəticəsində ağır xəsarət alıb.

 

B.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Onun səhhəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan şəxs dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun küt travması, sol qaşüstü nahiyənin və sol qulaq seyvanının əzilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu.az

Tarix: 15 Avqust 2025, 19:18   
Seçilən
22
6
pravda.az

8Mənbələr