EN

ADY: Dəmiryol Vağzalının avtomobil dayanacağı avqustun 18-dən bağlanır

BAKI, 15 avqust. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Bakı Metropoliteni” QSC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sərnişinlərə müraciət edib.

Teleqraf xəbər verir ki, məlumata əsasən, bu ayın 18-dən Bakı Dəmiryol Vağzalının qarşılama və yola salma xidmətləri üçün nəzərdə tutulmuş avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Sərnişinlər alternativ olaraq Xətai prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparking” dayanacaqlarından istifadə edə bilərlər.- deyə məlumatda qeyd olunub.

Chosen
91
teleqraf.com

1Sources