Misli Premyer Liqasında yeni mövsüm bu gün start götürəcək.
Offsideplus.az xəbər verir ki, açılış matçında "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Hər iki komanda bu mövsüm Premyer Liqaya yüksəlib.
Yevlax şəhər stadionda yenidənqurma işləri getdiyi üçün görüş Şamaxıda keçiriləcək.
İlk oyun FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
15 avqust
Misli Premyer Liqası
I tur
17:00. “Karvan-Vevlax” – “Qəbələ” 0:0 (fasilə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu
Komandaların heyətləri açıqlanıb:
“Karvan": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 37. Mois Nqvisani 19. Tompson Qavi 3. Said İranxan 10. Samuel Durrant 4. Olavale Doyeni
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu