Bakı, 17 avqust, AZƏRTAC
Misli Premyer Liqasında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" doğma meydanda "Kəpəz"i qəbul edib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl təşkil olunan matçlarında “Turan-Tovuz” “İmişli”ni (1:0) məğlub edib. "Karvan-Yevlax" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" görüşündə da qeydə alınıb.