EN

Azər Həşimov: "Heç kim deyə bilməz ki, "Karvan"ı asanlıqla məğlub edəcəyik"

Misli Premyer Liqasında 2025/26 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, "Karvan-Yevlax" - "Qəbələ" matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib.

"İlk oyun həmişə çətin olur. Meydanda bərabər mübarizə  getdi. Bu gün 1 xal qazandıq. "Qəbələ"yə uğurlar arzulayıram. Mənim məşqçi olmağımda bu klubun əməyi böyükdür".

- Premyer Liqada məşqçi kimi debüt etdiniz. Hissləriniz necədir?

- Hər rəqibə qarşi əzmkar oynayan komanda formalaşdırmağa çalışmışıq. Futbolçu vaxtı necə olmuşamsa, məşqçi kimi də eləyəm. Futbolçulara aşılayıram ki, rəqibdən çəkinməsinlər. Şükürlər olsun ki, bu gün 1 xal qaznadıq.

- Araz Abdullayev oynamağa hazırdır?

- Rəqib Arazı start heyətində gözləyə bilərdi. Buna görə onu ilk 11-likdə oynatmadıq. İndi tam hazır deyil. Gələcəkdə daha yaxşı formada olacaq.

- "Karvan"ın hədəfi nə olacaq?

- Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və rəqiblərdən çəkinməyən, əzmkar komanda formalaşdırmaqdır. Bacardığımız qədər daha yüksək yerdə olmağa çalışacağıq.

- Əlinizdə olan heyətlə hədəfə çatmaq mümkün olacaq?

- Düşünürəm ki, olacaq. Heç kim deyə bilməz ki,  "Karvan"ı asanlıqla məğlub edəcəyik.

- Qapıçının performansını necə dəyərləndirirsiniz?

- Tək qapıçı yox, futbolçularımız hamısı yaxşı oynadılar. Çempionat uzun marafondur, digər qapıçılara da şans düşəcək.

Portuqaliya-Azərbaycan görüşünün vaxtı və stadionu açıqlanıb

"Qarabağ"ın yeni hücumçu hədəfi: BU DƏFƏ ALINACAQ?

İspaniyalı hücumçu "Qarabağ"a gəlməyəcək - SƏBƏBİ BƏLLİ OLDU

"Kəpəz"dən yeni həmlə: Afrikalı futbolçu ilə danışıqlar başladı

Cəlal Hüseynov pley-off mərhələsində

Chosen
77
6
apasport.az

10Sources