İstanbulu fırtına vurdu! Batan gəmidən 4 nəfər xilas edilib
İstanbulda güclü tufan sakinlərə çətinlik yaradıb. Fırtınaya baxmayaraq yola çıxan gəmi batıb. Batan gəmidə olan 4 nəfər Sahil Mühafizəsi qrupları tərəfindən sağ-salamat xilas edilib.
Hadisə günorta saatlarında Yenikapı sahillərindəki Mərmərə Dəmir Sahəsində baş verib. İddiaya görə, güclü fırtınaya baxmayaraq dənizə çıxan agentlik gəmisi yüksək dalğalara tutularaq batıb.
Xəbər verildikdən sonra hadisə yerinə Sahil Mühafizəsi və Sahil Mühafizə qrupları sövq edilib. Batan gəminin 4 ekipaj üzvü Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilib. Hadisə ilə bağlı qrupların araşdırmaya başladığı bildirilir.
aia.az
Tərcümə şöbəsi