Bakı. Trend:
İngiltərənin "Liverpul" futbol klubu Covanni Leoni transferinirəsmiləşdirib.
Trend-inməlumatına görə, bu keçid üçün “Parma” klubuna 35 milyon avroödənilib.
Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayınaqədər müqavilə imzalayıb. Leoni “qırmızılar”da 15 nömrəli formanıgeyinəcək. Gənc istedadla “İnter”, “Milan”, “Mançester Yunayted” və“Nyukasl” da maraqlanırdı.
Xatırladaq ki, Covanni ötən mövsümdə A Seriyasında keçirdiyi 17oyunda bir qol vurub.