EN

"Cəbrayıl"ın növbəti rəqibi Bəhmən Həsənovun komandası olacaq

Yeni mövsümün hazırlığını davam etdirən I Liqa klubu "Cəbrayıl" növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

Fanat.Az-ın məlumatına görə, Bəxtiyar Soltanovun baş məşqçisi olduğu bölgə təmsilçisi "Xudat" ilə üz-üzə gələcək.

Görüş sabah - avqustun 16-da "Neftçi"nin keçmiş bazasında baş tutacaq. Matçın saat 12:30-da başlaması planlaşdırılır.

Qeyd edək ki, Region Liqası təmsilçisi "Xudat" II Liqada çıxış etməyi planlaşdırır. Bəhmən Həsənovun komandasının II Liqa təmsilçisi "Şəki Siti" ilə birləşəcəyi gözlənilir. 

Mirağa

Chosen
43
1
fanat.az

2Sources