Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “Qalatasaray” doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. İstanbul nəhəngi bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb.
2-ci turun qalan görüşləri avqustun 16-da, 17-də, 18-də keçiriləcək.
Türkiyə, Super Liqa
2-ci tur
15 avqust
Qalatasaray – Fatih Karagümrük 3:0
Qollar: B.A.Yılmaz, 10. F.Kurucuk, 74-öz qapısına. İkardi, 87.
16 avqust
20:00. Kocaelispor – Samsunspor
22:30. Alanyaspor – Rizəspor
22:30. Göztəpə – Fənərbağça
17 avqust
20:00. Gənclərbirliyi – Antalyaspor
20:00. Konyaspor – Qaziantep
22:30. Başakşəhər – Kayserispor
22:30. Beşiktaş – Eyüpspor
18 avqust
22:30. Kasımpaşa – Trabzonspor