EN

Ölkəmizdə baş verən iğtişaşlar xaricdən qaynaqlanır - Vuçiç

Serbiyada baş verən iğtişaşlar əsasən xaricdən qaynaqlanır. Əgər bunların xaricdən törədilmədiyini desəm, bu, həm sadəlövhlük, həm də qeyri-səmimi olar.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç yerli mediaya müsahibəsində bildirib.

“Polisə qarşı zorakılıq və polisləri öpməyə cəhd kimi hallar artıq müxtəlif rəngli inqilablarda - “Ərəb baharı”ndan tutmuş 25-26 il əvvəl ölkəmizdə baş verənlərə qədər dəfələrlə müşahidə olunub,” – deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, Belqrad və Novi-Sadda keçirilən aksiyalarda 60-dan çox vətəndaş və 16 polis əməkdaşı xəsarət alıb.

Chosen
14
1
axar.az

4Sources