EN

Danimarkada qatar qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

Berlin, 16 avqust, AZƏRTAC

Danimarkanın Almaniya ilə sərhədi yaxınlığında baş verən qatar qəzası nəticəsində ölən və xəsarət alanlar var.

AZƏRTAC xəbər verir ki, ölkənin Cənubi Yutlandiya bölgəsinin Tinqlef şəhəri yaxınlığında sərnişin qatarının avtomobillə toqquşması nəticəsində 1 nəfər həlak olub, 24 nəfər xəsarət alıb. Qəzanın avtomobilin qatar yolunun üzərinə çıxması nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
66
40
azertag.az

10Sources