Elektrik avtomobillərinin hələ də bir çox sürücülər tərəfindən alınmamasının ən geniş yayılmış səbəblərindən biri onların məsafə qətetmə imkanının məhdud olması qorxusudur. Lakin bəzi müasir modellər yüzlərlə kilometr yolu rahatlıqla bir dəfə şarjla gedə bilir.
“What Car?” nəşri ən böyük məsafə qətetmə imkanına malik 10 elektrik avtomobilini açıqlayıb. Onların bəziləri 700 km-dən çox məsafəni şarj etmədən qət edə bilir.
Yeni, üçüncü nəsil “Mercedes-Benz CLA” modeli 2025-ci ildən etibarən ilk dəfə tam elektrikli versiyada istehsal olunur. Ən uzun məsafə qətetmə imkanına malik versiya bir dəfə şarjla təxminən 780 km gedə bilir.
Mütəxəssislər “Mercedes-Benz CLA” modelini həmçinin rahat asqısı və rəqabətədavamlı qiyməti ilə də qiymətləndiriblər. Modelin əsas rəqibləri “BMW i4” və “Tesla Model 3” hesab olunur.
Ən böyük məsafə qətetmə imkanına malik TOP-10 elektrik avtomobili:
1. “Mercedes-Benz CLA” – 779 km
2. “Mercedes-Benz EQS” – 774 km
3. “DS No8” – 750 km
4. “Audi A6 e-tron” – 747 km
5. “Polestar 3” – 705 km
6. “Tesla Model 3” – 702 km
7. “Peugeot e-3008” – 700 km
8. “Volkswagen ID.7” – 698 km
9. “Mercedes-Benz EQE” – 690 km
10. “BMW iX” – 686 km
Valyuta