Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,72% artaraq 68,59 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,1 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.