ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti qalxıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,72% artaraq 68,59 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 68,1 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.