EN

Ağ Ev Trampla Putinin görüşünü "tarixi" adlandırdı – FOTO

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Alyaskada keçirilən görüşünü tarixi adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəsmi "X" hesabında paylaşım edilib.
 

Trampla Putinin təyyarədən endikdən sonra birlikdə avtomobilə doğru hərəkət etdikləri andan şəkil paylaşan Ağ Ev fotoya "tarixi" şərhini əlavə edib.


Qeyd edək ki, Rusiya və ABŞ liderlərinin görüşü Bakı vaxtı ilə saat 23:30-da başlamışdı.

Görüş mətbuata qapalı keçirilib.



Bizim.Media

Chosen
18
1
bizim.media

2Sources