EN

Kamçatkada üç ardıcıl zəlzələ baş verib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiya Federasiyasının Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərindən 252 kilometr aralıda 5.1 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Bundan bir neçə dəqiqə əvvəl isə Petropavlovsk-Kamçatsk şəhərindən 123 kilometr məsafədə 5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 35.7 kilometr dərinlikdə yerləşib.

Daha əvvəl isə Petropavlovsk-Kamçatskdan 227 kilometr məsafədə 4.8 maqnitudalı zəlzələ baş verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
97
50
oxu.az

10Sources