EN

İki hakimimiz Konfrans Liqasında ədaləti qoruyacaq

Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, hakimlər Konfrans Liqasında pley-off mərhəsinin oyunlarını idarə edəcək.

Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Məsiyev isə Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava” komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.

Qarşılaşmalar avqustun 21-də keçiriləcək.

Chosen
52
13
football-plus.az

10Sources