AZ

Azərbaycanlı hakimlər Konfrans Liqasında pley-off oyunlarına təyinat aldılar

Bakı. Trend:

Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFAtərəfindən yeni təyinat alıblar.

Trend-inməlumatına görə, hər iki hakim Konfrans Liqasının pley-offmərhələsində oyunlara rəhbərlik edəcək.

Əliyar Ağayev Slovakiyada baş tutacaq “Polesye” (Ukrayna) –“Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona ZeynalZeynalov və Akif Əmirli kömək edəcək, dördüncü hakim isə KamalUmudlu olacaq.

Elçin Məsiyev isə Sloveniyada keçiriləcək “Selye” – “BanikOstrava” (Çexiya) qarşılaşmasını idarə edəcək. Onun köməkçiləriElşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə FəridHacıyev olacaq.

Hər iki oyun avqustun 21-də oynanılacaq.

Seçilən
43
2
az.trend.az

10Mənbələr