EN

Tramp: İndi hər şey Zelenskidən asılıdır

"Biz bir çox məqamlarda razılaşdıq... İndi sövdələşməni başa çatdırmaq Zelenskinin öhdəsindədir. Avropa ölkələri də bu işdə bir az iştirak etməlidir".

Azreform.info  xəbər verir ki, bunu Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Ukraynada yaxın zamanda sülhün əldə edilə bilcəyi ilə bağlı məsələyə aydınlıq gətirən Tramp deyib: "Bəli, çox qısa zamanda".

O bildirib ki, tərəflər özü, Putin və Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə görüşə hazırlaşmağa başlayıblar.

"Həm Zelenski, həm də Putin onların görüşündə mənim iştirak etməyimi istəyir. Mən də orada olacağam", - ABŞ lideri deyib.

Tramp əlavə edib ki, müharibənin başa çatması həm Putin, həm də Zelenski üçün böyük nailiyyət olardı. 

"Biz demək olar ki, razılığa gəlmişik. İndi qulaq asın, Ukrayna razılaşmalıdır. Bəlkə "yox" deyəcəklər".

Tramp Zelenskiyə Putinlə sövdələşməni tövsiyə edib.

"Razılaşın. Rusiya çox böyük ölkədir. Ukrayna isə yox", - o deyib.

Tramp  Putinlə görüşündə  Ukraynanın təhlükəsizlik təminatı məsələsini də razılaşdırıldığını qeyd edib.

"Bunlar bizim müzakirə etdiyimiz və əsas etibarilə razılaşdığımız maddələrdir. Əslində, düşünürəm ki, biz çox şeydə razılaşdıq", - Tramp bildirib.

Mürtəza

Chosen
69
50
azreform.info

10Sources