EN

Tramp öz uğursuzluğuna görə Zelenskini qurban verə bilər “The Times”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikanın Ukrayna münaqişəsində vasitəçilik cəhdləri uğursuz olarsa, ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini qurban seçə bilər.

Bizimyol.info xəbər verir ki, bu fikir Britaniyanın “The Times” qəzetinin məqaləsində yer alıb.

Nəşrin qiymətləndirməsinə görə, bunu Trampın Ukrayna ilə bağlı sazişin bağlanmasında gələcək irəliləyişin indi Zelenskidən asılı olması ilə bağlı sözləri göstərir.

Nəşr xatırladıb ki, Alyaskada keçirilən sammitin yekunları üzrə Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransı zamanı Tramp qeyd edib ki, tərəflər bir çox məqamlar üzrə razılığa gəliblər, lakin Moskva və Vaşinqtonun “razılaşmaq üçün çox yaxşı şansları var” “bir ən vacib məsələ” qalıb.

“The Times” yazır ki, Putinin "vacib tələbi" təkcə Ukraynanın NATO-ya daxil olmasına qadağa deyil, həm də Zelenskinin "qeyri-qanuni" tutduğu prezident postunu tərk etməsi və ya Kiyevin Aİ-yə daxil olmasının mümkünsüzlüyü ola bilər.

Bundan əlavə, sammitdən sonra “Fox News” telekanalına müsahibəsində Tramp qeyd edib ki, ərazilərin mübadiləsi və Ukrayna üçün NATO-ya daxil olmayan təhlükəsizlik zəmanətləri ABŞ və Rusiyanın “əsasən razılaşdığı” məqamlardır. Qəzet yazır ki, Zelenskinin onlarla razılaşıb-razılaşmayacağını zaman göstərəcək.

Avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla üç saatdan çox davam edib. Görüşdə Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, Amerika tərəfdən dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff da iştirak ediblər.

Danışıqlardan sonra mətbuata açıqlamasında Putin bildirib ki, Ukrayna münaqişəsinin həlli ötən sammitin əsas mövzusu olub. Rusiya lideri həmçinin ikitərəfli münasibətlərdə səhifəni çevirməyə, əməkdaşlığa qayıtmağa çağırıb və Trampı Moskvaya dəvət edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
72
50
bizimyol.info

10Sources