EN

Zelenski Vaşinqtonda Trampla görüşəcək

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ prezidentiDonald Trampla görüşəcək.

Trend-inməlumatına görə, bu barədə Zelenski "X" sosial şəbəkəsindəkisəhifəsində yazıb.

"Bazar ertəsi Vaşinqtonda prezident Trampla görüşərək qətllərəvə müharibəyə son qoyulması ilə bağlı bütün təfərrüatı müzakirəedəcəyəm. Dəvətə görə minnətdaram", - o deyib.

Zelenski prezident Trampla son telefon danışığından da sözaçıb:

"Avropa liderlərini bizə qoşulmağa dəvət etməzdən əvvəl təkbətəkdanışıqlara başladıq. Bu zəng bir saat yarımdan çox çəkdi, ocümlədən, prezident Trampla ikitərəfli söhbətimiz təxminən bir saatdavam etdi".

"Ukrayna sülhə nail olmaq üçün maksimum səylə işləməyə hazırolduğunu təsdiqləyir. Prezident Tramp Rusiya lideri ilə görüş vəonların müzakirəsinin əsas məqamları barədə məlumat verib. ABŞ-nintəsirinin vəziyyətin inkişafına təsir etməsi vacibdir.

Biz prezident Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfligörüşün keçirilməsi təklifini dəstəkləyirik. Ukrayna vurğulayır ki,əsas məsələləri liderlər səviyyəsində müzakirə etmək olar vəüçtərəfli format buna uyğundur”, - Zelenski əlavə edib.

Chosen
10
50
az.trend.az

10Sources