Brüssel Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, bu ölkədə sülhün “güc yolu ilə” əldə olunmasını tələb etməkdə davam edir.
Operativ Media xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin Zelenskini ABŞ-yə “Ukraynada sülhün müzakirəsi” üçün müşayiət edəcəyini söyləyib.
“Bu, Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə, güc yolu ilə əldə olunacaq sülh olmalıdır”, – deyə fon der Leyen vurğulayıb. O əlavə edib ki, sərhədlər “zorla dəyişdirilə bilməz” və bütün ərazi məsələlərini yalnız Ukraynanın özü həll edə bilər.