"Fənərbağça" "Zaltsburq"un futbolçusu Dorjeles Nene üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu ilə razılıq əldə edən "sarı-lacıvərdlilər" klubu ilə danışıqları davam edir.

Onların təklifi 16+4 milyon avrodur. Klublar arasında razılaşma yaxın görünür.

Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Nene iki mövsümdür "Zaltsburq"da çıxış edir. O, burada 85 oyunda 22 qol vurmağı bacarıb.