PSJ klubu bu yay Canluici Donnarummanı satmağı düşünür.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi onun yerinə "Lill"in qapıçısı Lyuka Şevalyeni transfer etməyi planlaşdırır. Onlar 23 yaşlı qapıçı üçün 40 milyon avro ödəməyə hazırdır. Klublar arasında danışıqlar başlayıb.

"Lill" yetirməsi olan 23 yaşlı Şevalye 3 mövsümdür komandanın əsas qapıçısıdır. O, ümumilikdə 127 oyunda meydanda olub və bu görüşlərin 44-də qapısını toxunulmaz saxlaya bilib.