EN

“Neftçi” ingiltərəli futbolçu ilə danışıq aparır

"Neftçi" heyətini daha bir yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" ingiltərəli futbolçu Coş Dasilvanı Azərbaycana dəvət etmək imkanını nəzərdən keçirir.
 

Hazırda danışıqlar ilkin mərhələdədir. Yekun nəticə oyunçunun İngiltərəni Azərbaycan Premyer Liqasına dəyişmək istəyindən asılıdır.


Qeyd edək ki, Dasilva "Arsenal"ın yetirməsidir. O, 2018-ci ildən "Brentford"un uğurları üçün çalışıb. Hazırda azad agent olan oyunçu son dönəmlərdə zədədən əziyyət çəkib.

O, sonuncu rəsmi matçına 2024-cü ilin yanvarında "Tottenhem"ə qarşı çempionat matçında çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
45
2
bizim.media

3Sources