AZ

Arsenal ın yetirməsi Neftçi yə keçəcək? EKSKLÜZİV

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Neftçi" heyətini daha bir yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir. Kluba yaxın mənbədən Sport24.az-a verilən məlumata görə, "ağ-qaralar" ingiltərəli futbolçu Coş Dasilvanı Azərbaycana dəvət etmək imkanını nəzərdən keçirir. Hazırda danışıqlar ilkin mərhələdədir. Yekun nəticə oyunçunun İngiltərəni Azərbaycan Premyer Liqasına dəyişmək istəyindən asılıdır. Qeyd edək ki, "Arsenal"ın yetirməsidir. O, 2018-ci ildən "Brentford"un uğurları üçün çalışıb. Hazırda azad agent olan oyunçu son dönəmlərdə zədədən əziyyət çəkib. O, sonuncu rəsmi matçına 2024-cü ilin yanvarında "Tottenhem"ə qarşı çempionat matçında çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
sport24.az

3Mənbələr