Artıq yay həyacanı sönür. Qarşıda bizi qızılı payız gzləyir. Payız kimlər üçünsə depressiya dövrüdür. Amma payızı sevənlər də var. Onlar payızı həvəslə gözləyir və onun gətirdiklərindən həzz alırlar.
Bizim.Media payızı sevən bürclərin siyahısını hazırlayıb:
Tərəzi
Gözəllik həvəsi ilə deyil, həm də onu hər yerdə görmək qabiliyyəti ilə fərqlənən Tərəzilər rəngarəng mənzərələrə heyran ola biləcəkləri payızı səbirsizliklə gözləyirlər.
Düzdür, onların sevgisi bütün mövsümə deyil, “qızılı payız” deyilən dövrə aiddir.
Əqrəb
Əqrəblər, bir qayda olaraq, başqalarının görmədiklərini görürlər.
Yaydan payıza keçid onlar üçün sadəcə fəsillərin dəyişməsi deyil, fəlsəfi - tutqun və mistik olsa da, əhval-ruhiyyəyə uyğunlaşdıqları dünyalar arasındakı sərhəddir.
Dolça
Dolçalar, xüsusən də işi birbaşa yaradıcılıqla bağlı olanlar payızda yalnız ilin bu dövrünə xas olan rahatlıq və eyni zamanda inanılmaz ilham dalğası hiss edirlər.
Onun da təsiri altında ən yaxşı günlərini yaşaya bilirlər.
Surxay Atakişiyev, Bizim.Media