EN

BATE dən Kəpəz ə transfer

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" yeni oyunçu transfer edib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Donaldın son klubu Belarusun BATE klubu olub.

Qeyd edək ki, "Kəpəz" bunadək Adil Şükürov (baş məşqçi), Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu "Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqa (son klubu "Bnei Yehuda", İsrail), Vitor Feijao (son klubu "Sentral Kost Mariners", Avstraliya), Cefferson Masiel Bentunu (son klubu "Portimonense”, Portuqaliya) kluba cəlb edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
56
50
qaynarinfo.az

10Sources