EN

Tramp: Bayden Ukraynaya pulu konfet kimi paylayıb

"Ukrayna Rusiya ilə sövdələşməyə razı olmaya bilər, çünki keçmiş prezident Co Bayden Kiyevə milyardlarla dollarlıq hərbi yardım üçün pulu konfet kimi paylayıb”.

Yenisabah.az foxnews-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Düşünürəm ki, sövdələşməyə olduqca yaxınıq. Ukrayna "yox" deyə bilər, çünki Bayden konfet kimi pul payladı. Avropa da onlara çoxlu pul verdi. 350 milyard dollar verdik. Avropa onlara çox az verdi, amma məbləğ böyükdür. 100 milyard dollar", - Tramp vurğulayıb. Dominos pizza

“Prezident Putin bu problemi həll etmək istəyər. "Zelenski ilə danışıqlar uğurlu olsa, Putinlə yeni görüş təyin edə bilərik".

Bunu ABŞ lideri Donald Tramp öz sosial şəbəkə hesabında yazıb:

“Alyaskada çox gözəl və uğurlu bir gün oldu. Putinlə görüş çox yaxşı keçdi. Gecə Ukrayna prezidenti Zelenski və NATO-nun hörmətli Baş katibi, eləcə də bir sıra Avropa liderləri ilə danışığım da uğurlu oldu.

Hamı razılaşdı ki, Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni sonlandırmağın ən yaxşı yolu birbaşa sülh razılaşması üçün çalışmaqdır, sadəcə atəşkəs razılaşması əldə etmək deyil”.

ABŞ lideri Zelenskinin bazar ertəsi Vaşinqtona səfər edəcəyini təsdiq edib və hər şeyin qaydasında gedəcəyi təqdirdə Rusiya lideri ilə yeni görüş üçün hazırlıq görüləcəyini bəyan edib.


Telegram kanalımız
Chosen
30
50
yenisabah.az

10Sources