EN

İraqda ali təhsildə süni intellekt dövrü başlayır

İraq ali təhsil sistemi yeni mərhələyə qədəm qoyur. Ölkənin universitet və elmi mərkəzlərində süni intellekt (AI) texnologiyalarının tətbiqi artıq start götürüb. Bu addım həm tədris metodlarının, həm də təhsil infrastrukturunun sürətlə dəyişəcəyini göstərir.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, yeni yanaşma ilə tələbələrin öyrənmə prosesinin daha interaktiv və çevik olması, müəllimlərin isə elmi araşdırmalarda müasir alətlərdən faydalanması hədəflənir. Bununla yanaşı, İraqda təhsil müəssisələri beynəlxalq təcrübə ilə ayaqlaşaraq, AI sahəsində mütəxəssis hazırlığını gücləndirməyi planlaşdırır.

Mütəxəssislər bildirirlər ki, süni intellektin təhsilə inteqrasiyası həm imkanlar, həm də risklər yaradır. Əsas çətinliklərdən biri universitetlərin texniki bazasının tam hazır olmaması və müəllimlərin yeni texnologiyalara uyğunlaşdırılmasıdır.
 

Chosen
46
31
azedu.az

10Sources