AZ

Bu sifət o sifət deyil: Süni İntellekt Rafaelin sirrini açdı

Tablodakı ümumi mənzərə Rafaelin işinə bənzəsə də, sənətşünasların fikrincə,sol tərəfdəki Müqəddəs İosifin (St Joseph, Yusif) siması dahi rəssamın üslubuna oxşamır.Ona görə də bu əsərin Rafaelə məxsus olmadığı iddia edilirdi.
Nəhayət, Süni İntellektin vasitəsi ilə mübahisəyə nöqtə qoyulub.

ABŞ və Britaniyadan olan mütəxəssislər xüsusi hazırladıqlarını Süni İntellekt modelinə Rafaelin bütün əsərlərinin üzərində təlim keçiblər. “Microscoft”un köməyilə yaradılan “ResNet50” adlı model dərin təhlil metodlarına əsaslanaraq Rafaelin əsərlərindəki bütün incəlikləri, hətta insan gözünün seçmədiyi məqamları da (rəng palitrasının xırdalıqları, fırçaların sərtliyi, kölgələrin tündlüyü və s.) araşdırıb. “Kompüter insan gözünün görmədiyi dərinliklərə, hətta mikroskopik səviyyəyə də nəzər salmağı bacarır”,- deyə görülən işi təsvir edərkən Bredford Universitetinin alimi Həsən Uqel (Hassan Ugail) bildirib.


Süni İntellektin 98% dəqiqliklə çıxardığı hökm belə olub: Əsərdəki Müqəddəs Məryəm və iki körpənin simaları böyük ehtimalla, Rafaelin fırçasının məhsuludur. Ammamüqəddəs İosifi o çəkməyib.

Ekspertlərtin qənaətinə görə, portretin sol yuxarı küncündəki şəxsi Rafaelin şagirdlərindən olan Culio Romano (Giulio Romano) çəkmiş ola bilər.

Tariyel Həsənov
AzVision.az
Seçilən
22
31
azvision.az

10Mənbələr