Cəlilabad rayonunun Alar kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.
APA-nın xəbərinə görə, 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşı, 1977-ci il təvəllüdlü Firdovsinin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub. Son günlər Təhmasib, Rəviyyəyə “dilini kəsəcəyəm” deyə hədələyib. Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.
Hadisə səhər tezdən, Firdovsi evdən bazara gedəndən az sonra baş verib. Qətli törətməkdə şübhəli bilinən Təhmasib pəncərədən evə daxil olaraq qadını yataq otağında qətlə yetirib.
Onu da qeyd edək ki, Təhmasib əvvəllər də məhkumluq həyatı yaşayıb.
Eləcə də ailələrin ikitərəfli qohumluq əlaqələri olub. Belə ki, ailənin bacısı qətlə yetirilən Rəviyyənin qardaşının həyat yoldaşıdır.