EN

NYT: Tramp Lukaşenkonu diplomatik təcriddən çıxardı...

ABŞ prezidenti Belarus lideri ilə danışdı və dəvətini qəbul edib...

Poliqon The New York Times qəzetinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Alyaska sammitində Donald Trampın diplomatik təcriddən çıxardığı yeganə avtokrat olmayıb. ABŞ prezidenti sammitə gedərkən Belarus lideri Aleksandr Lukaşenko ilə də telefon danışığı aparıb.

Tramp sosial şəbəkədə yazıb ki, onun “hörmətli Belarus prezidenti Aleksandr Lukaşenko ilə möhtəşəm söhbəti olub”. ABŞ lideri Lukaşenkoya ötən ay “ekstremizm” də daxil olmaqla müxtəlif cinayətlərə görə mühakimə olunmuş 16 məhbusu azad etdiyi üçün təşəkkür edib. Tramp əlavə edib ki, tərəflər daha 1300 məhbusun azad edilməsini də müzakirə edirlər.

Belarus hökuməti sonradan açıqlama yayaraq Lukaşenkonun Trampı Belarus səfərinə dəvət etdiyini, ABŞ prezidentinin isə dəvəti qəbul etdiyini bildirib.

Qeyd edək ki, 2015-ci ildə BMT Baş Assambleyası çərçivəsində Barak Obama Lukaşenko ilə qeyri-rəsmi foto çəkdirsə də, ABŞ liderləri ümumilikdə onunla təmasdan qaçırdılar. Bu, Lukaşenkonun artıq 31 ilə yaxındır davam edən hakimiyyəti dövründə müşahidə olunurdu.

Poliqon.info

Chosen
93
50
poliqon.info

10Sources