EN

Gəncədə açıq ərazidə baş verən yanğın binaya ziyan vurdu

Gəncədə yanğın olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Sözügedən ünvanda açıq ərazidə məişət tullantıları yanıb.Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı yaxınlıqda olan 9 mərtəbəli binanın 1-ci mərtəbəsində alov keçib.

Yanğınsöndürənlərinin çevik müdaxiləsi ilə yanğın söndürülüb.Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Mənzilə isə ziyan dəyib. Yanğının baş vermə səbəbəri araşdırılır.

Chosen
19
9
avtosfer.az

10Sources