EN

Barselona ilə oyun üçün xüsusi forma

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya çempionatının 1-ci turunda "Barselona" ilə qarşılaşacaq "Malyorka"nın futbolçuları oyuna klubun ev formasının xüsusi versiyasında çıxacaqlar.

İdman.biz xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, köynəklərin sinə hissəsində sarı rəngli cücə şəkli yer alacaq.

Bu cücə klubun sponsoru olan Yaponiyanın "Taica" şirkətinin maskotudur. Formadan məhdud sayda istehsal olunub və kolleksiyaçılarla azarkeşlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Malyorka" - "Barselona" matçı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
50
icma.az

10Sources