ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.
APA xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.
Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.