“Fransa tam şəkildə Ukraynanı dəstəkləyir”.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Alyaskada keçirilən Rusiya–ABŞ sammitindən sonra sosial media hesabında paylaşım edib.
Prezident Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Ədalətli sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə davam etmək son dərəcə vacibdir”.
O, həmçinin ABŞ administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri alqışlayıb./globalinfo.az