EN

Şəkidə maşın ağaca çırpıldı - Ana və uşaqları xəsarət aldı

Şəkidə avtomobil ağaca çırpılıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kənd ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin - 28 yaşlı Rəvanə Qurbanova və 2 azyaşlı övladı yüngül xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla baglı araşdırma aparılır.(Unikal)

Chosen
9
8
avtosfer.az

10Sources