EN

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 330-a çatıb  

Pakistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 330 nəfərə çatıb. 

Geo News xəbər verir ki, axtarış-xilasetmə qrupları ötən gecə torpaq sürüşməsi və daşqınlar nəticəsində çökən evlərin dağıntıları altından çoxlu cəsədi çıxarıb.

Beləliklə, Hayber-Paxtunxva əyalətində ölənlərin sayı 307 nəfərə, Gilgit-Baltistan bölgəsində 12 nəfərə, Azad Kəşmir bölgəsində isə 11 nəfərə çatıb.

Hayber - Paxtunxva əyalətinin səlahiyyətliləri 32 nəfərin itkin düşdüyünü bildirib.

Pakistan rəsmiləri qeyd edir ki, ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.

Pakistanın Baş naziri Şahbaz Şərif dərman, ərzaq və digər zəruri yardımların dərhal Xayber-Paxtunxva əyalətinə çatdırılmasını əmr edib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Chosen
31
12
azerbaijan-news.az

10Sources