AZ

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatdı


Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Medicina.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Geo News kanalının xəbərinə görə, fəlakətin mənfi təsirləri bölgədə hələ də davam edir.

Xayber Paxtunxva əyalətində bir çox ərazi “fəlakət zonası” elan edilib.

Rəsmilər bildiriblər ki, insan itkisinin artmasından narahatdırlar.


Seçilən
17
33
medicina.az

10Mənbələr