EN

ABŞ prezidenti avqustun 18-də Oval kabinetdə ukraynalı həmkarı ilə görüşəcək   

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə avqustun 18-də Ağ Evdə görüş keçirəcəyini açıqlayıb.

"Prezident Zelenski bazar ertəsi günortadan sonra Oval kabinetə gələcək. Hər şey yaxşı olarsa, prezident Vladimir Putinlə görüş təyin edəcəyik", - Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Ağ Evin rəhbəri Alyaskada keçirilən sammiti “gözəl” və “çox uğurlu” adlandırıb: "Alyaskada gözəl və çox uğurlu gün! Rusiya Prezidenti Vladimir Putinlə görüş, Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri, o cümlədən NATO-nun baş katibi Mark Rütte ilə gecə saatlarında telefon danışığı çox yaxşı keçdi".

Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə son qoymağın ən yaxşı yolu atəşkəs deyil, sülh razılaşmasına doğru irəliləməkdir: “Rusiya və Ukrayna arasında dəhşətli müharibəyə son qoymağın ən yaxşı yolunun sadəcə tez-tez yerinə yetirilməyən atəşkəs razılaşmasına deyil, birbaşa müharibəni bitirəcək sülh sazişinə keçmək olduğuna dair konsensus var."

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Chosen
70
50
azerbaijan-news.az

10Sources